Azərbaycanda 2 000 manat və daha çox maaş alan müəllimlərin sayı açıqlanıb
2025–2026-cı tədris ilində müəllimlərin orta aylıq əməkhaqqı ilə bağlı statistika açıqlanıb.
“Report” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı dediyinə görə, hazırda müəllimlərin 1 faizi 34 saat dərs deyir və 2000 manat və daha artıq əməkhaqqı alır:
“Bu kateqoriyaya 1399 nəfər daxildir. 11 faiz müəllim həftədə 31 saat dərs deyir və 1500–2000 manat əməkhaqqı alır. Bu qrupa 12 803 nəfər aiddir. 33 faiz müəllim həftədə 25 saat dərs deyir və 1000–1500 manat maaş alır. Bu, 39 296 müəllim deməkdir. 41 faiz müəllim həftədə 17 saat dərs deyir və 500–1000 manat əməkhaqqı alır. Bu qrupa 49 min 757 nəfər daxildir. 14 faiz müəllim isə cəmi 8 saat dərs deyir və 500 manata qədər maaş alır. Belə müəllimlərin sayı 17 min 492 nəfərdir”.
E. Əmrullayev əlavə edib ki, mövcud yanaşma məktəblərdə rasionallaşdırma aparmaq, müəllimlərə daha çox dərs yükü verməklə onların yüksək maaşla çalışmasını təmin etmək məqsədi daşıyır.
Oxşar xəbərlər
Sertifikatlaşdırma imtahanından sonra artımla maaş alacaq müəllimlərin sayı açıqlanıb
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1015 nəfər uğur qazanıb
Nazir: Kolleclərdə müəllim hazırlığı dayandırılıb
Cari tədris ili üzrə müsabiqədə 6 211 gənc müəllim qəbul olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
