Maaşım ay sonuna çatmır: bəs kasıblar… - Deputat
- 24-02-2024, 13:22
- Cəmiyyət
- 0
- 1 667
Yanvar ayının 1-dən əmək pensiyaları artırılsa da, hər kəsin gözlədiyi minimum əmək haqqı artırılmadı. Hər kəs ərzağın, kommunal ödənişlərin baha olduğunu, 350-400 manatla yaşamağın çətinliyini qeyd edir. Bəs yaxşı yaşamaq üçün minimum maaşı nə qədər olmalıdır?
Sizinxeber.az xəbər verir ki, deputat Aqil Abbas Globalinfo.az-a deyib ki, minimum maaş 500 manat olmalıdır.
O, 345 manat maaş alanlar üçün dolanışığın ürəkaçan olmadığını bildirib:
“Maaş az olduğu üçün əksəriyyət kasıb yaşayır. Məsələn, satıcılar minimum maaş alırlar. Bu, doğru deyil. Bir tərəfdən də cərimələrin məbləğinin artırılması təklif olundu. Bu cəmiyyət nə maaş alır ki, ondan da cərimə ödəsinlər?! Hər şeyə görə cərimə olmaz axı. 300 manat maaş alan adam nətər dolansın, cəriməni necə ödəsin, nə yesin? Bunları nəzərə almaq lazımdır”.
Aqil Abbas deyib ki, düşündükdə, bu gün heç 500 manat da dolanışıq üçün kifayət etmir:
“Çox istərəm ki, insanlarımız yaxşı dolansınlar. Düzdür, müharibədən yeni çıxmışıq, Qarabağın quruculuq işləri davam etdirilir, elə təkcə Ağdam üçün azı 80-90 milyard dollar pul lazımdır. İqtisadiyyatımız gücləndirilsə, sosial məsələlər də həllini tapacaq. Amma bu məbləğ az da olsa, istərəm ki, heç olmasa minimum əmək haqqı 500 manat olsun. Ərzaq da bahadır, almaq olmur. Bir sözlə, 345 manat azdır, heç nəyə bəs etmir. Ölkədə yüksək maaş alanlardan biri mənəm, lakin aldığım məbləğ heç ay sonuna çatmır. Bəs bu kasıb nə etsin?!”


width="220" alt="Cəriməni 200 manata qaldırmaq nə deməkdir?" />
width="220" alt="2023-cü ildə ən çox maaş alan futbolçu məlum oldu" />
width="220" alt="Maaş və pensiyalarla bağlı sevindirici xəbər - Yanvarın 1-dən... - VİDEO" />
width="220" alt="Azərbaycanda 10 min manat maaşı olan iş təklif ediləcək - VİDEO" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />