Bahar Muradova: Xarici dildə təhsil verən müəssisələrdə Azərbaycan dilində dərsliklərin olması vacibdir
sizinxeber.az xəbər saytı

Bahar Muradova: Xarici dildə təhsil verən müəssisələrdə Azərbaycan dilində dərsliklərin olması vacibdir


Xarici dildə təhsil verən müəssisələrdə Azərbaycan dilində dərsliklərin olması vacibdir.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfransda deyib.

O qeyd edib ki, bunu həyata keçirmək üçün xüsusi proqram hazirlana bilər:

"Problem budur ki, həmin təhsil müəssisələrində yüksək nailiyyətlərə imza atan şagirdlər öz tarixinə, mədəniyyətinə yetərincə bələd olmur. Ona görə bu kimi istiqamətlərdə dərsliklərin Azərbaycan dilində olması vacibdir. Bu məsələ ilə bağlı aidiyyəti qurumlarla birlikdə işləməliyik".

Oxşar xəbərlər

Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir
Bahar Muradova: "Ailə Konsepsiyası"nın hazırlanmasına başlanılıb
Bahar Muradova: Məişət zorakılığı ilə bağlı yeni fəaliyyət planı üzərində işləməliyik
Bahar Muradova: Məişət zorakılığının qarşısının alınması ilə bağlı yeni dövlət konsepsiyası hazırlanır
Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər