İçərişəhərdə qala divarları bərpa edildi - Video
Bir müddət öncə paytaxt ərazisində baş verən intensiv yağışlar zamanı İçərişəhər qala divarında aşınma nəticəsində dağıntılar baş verib.
Axar.az xəbər verir ki, artıq həmin hissədə Avstriya şirkəti tərəfindən bərpa işləri həyata keçirilir. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin üzvü Aytac Əlisultanlı bərpa işləri ilə bağlı məlumatları Baku TV ilə bölüşüb:
"Bu dağıntının nəticəsi olaraq burada qəzalı vəziyyət yaranmışdı və operativ olaraq İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən buraya mütəxəssislər cəlb edilmişdi. Mütəxəssislər İçərişəhər ərazisində, eyni zamanda respublika ərazisində bir çox mühüm tarixi memarlıq abidələrinin əsaslı bərpası və konservasiyası ilə məşğul olmuş və peşəkarcasına bu işləri yerinə yetirmiş "Atelier Erich Pummer" şirkətindəndir. Həmin mütəxəssislər tərəfindən qeyd olunan hissədə baş vermiş qəzalı vəziyyət aradan qaldırılıb. Lakin təbii ki, burada müvəqqəti tədbirlər yox, əsaslı bərpa, konservasiya və gücləndirmə işləri aparılmalıdır və bunun əsasında texniki müayinə və mühəndis təhlilləri dayanmalıdır", - deyə o vurğulayıb.
Bərpa işlərini həyata keçirən "Atelier Erich Pummer" şirkətinin təsisçisi və direktoru Erix Pummerin sözlərinə görə, təxirəsalınmaz zəruri tədbirlər həyata keçirilərək divarın uçmuş hissəsi stabilləşdirilib.
Oxşar xəbərlər
İçərişəhərdə qala divarında qismən dağılmanın bərpasına Avstriyadan mütəxəssislər cəlb olunub
İçərişəhər Qala divarının dağılan hissəsində təcili tədbirləri görüləcək
İçərişəhər qoruğu: Qala divarında baş vermiş qismən dağılma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür
İçərişəhərin qala divarlarının kiçik sahəsində aşınma olub
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
