MEDİA Gəncə İH ilə bağlı bu xəbəri təkzib etdi
sizinxeber.az xəbər saytı

MEDİA Gəncə İH ilə bağlı bu xəbəri təkzib etdi


Mətbuatda Baş Prokurorluğun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və yanlış məlumatlara əsaslanıb.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Qeyd edilib ki, dövlət orqanlarının nüfuzuna xələl gətirilməsi ilə nəticələnən qanunvericiliklə qadağan olunmuş bu kimi məlumatların mediada yayılması yolverilməz hesab edilir:

"Bəyan edirik ki, "Media haqqında" qanununun müvafiq maddəsinə əsasən, saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir. Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən məsuliyyətli olmağa və rəsmi mənbələrə istinad etməyə çağırırıq".

Oxşar xəbərlər

MEDİA: Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır
Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısını alınmasına dair tələb daxil edilib
MEDİA təyyarə qəzası ilə bağlı çağırış edib
MEDİA jurnalistləri təyyarə qəzası ilə bağlı yalan məlumatlar yaymamağa çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər