Azərbaycanda 4 ayda hər vətəndaş orta hesabla 500 manatdan çox ödənişli xidmətdən istifadə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2026
17:30
0
0
1 096
ff aaaaaaa

Azərbaycanda 4 ayda hər vətəndaş orta hesabla 500 manatdan çox ödənişli xidmətdən istifadə edib

23 may, 2026
17:30
1 096

Azərbaycanda 4 ayda hər vətəndaş orta hesabla 500 manatdan çox ödənişli xidmətdən istifadə edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyard 159,9 milyon manat olub.

"Sizinxeber.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,4 % çoxdur.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 951,6 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76,6 %-ni təşkil edib.

4 ayda hər bir ölkə sakini orta hesabla 502,6 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 62,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul