MEDİA jurnalistləri təyyarə qəzası ilə bağlı yalan məlumatlar yaymamağa çağırıb
sizinxeber.az xəbər saytı

MEDİA jurnalistləri təyyarə qəzası ilə bağlı yalan məlumatlar yaymamağa çağırıb


Bəzi onlayn media subyektlərində "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinə dair müxtəlif mülahizələrə əsaslanan məlumatlar yayılmaqdadır.

Media subyektlərini məlumat yayarkən “Media haqqında” qanunun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq.

Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.

Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa, cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırırıq.

Oxşar xəbərlər

MEDİA təyyarə qəzası ilə bağlı çağırış edib
Agentlik: Bəzi media subyektlərinin SOCAR-ın zavodlarından birində yanğınla bağlı yaydıqları məlumat həqiqəti əks etdirmir
Agentlik: SOCAR-ın Sumqayıtdakı zavodlarından birində yanğınla bağlı məlumat həqiqəti əks etdirmir
MEDİA: Cəmiyyəti saxta və yalan məlumat əsaslı kampaniyaların təsirinə düşməməyə çağırırıq
Agentlik media subyektlərinə çağırış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle