Sabirabadda narkotik bitki yetişdirən 4 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Sabirabadda narkotik bitki yetişdirən 4 nəfər saxlanılıb


Sabirabadda çətənə kolları yetişdirən 4 nəfər saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan Mətləb Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 621 ədəd çətənə kolu və 500 qram marixuana aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər tədbirlər zamanı Elcan Nəzərov, Fazil Ələkbərov və Vüsal Təhməzov da saxlanılıblar. Həmin şəxslərə məxsus həyətyanı sahələrdən isə ümumilikdə 250 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

Oxşar xəbərlər

Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb - FOTO
Xaçmaz sakinlərindən 379 kq çətənə kolu götürülüb
Yevlaxda 592 ədəd çətənə kolu əkən 2 nəfər saxlanılıb
İmişli sakininin həyətindən çətənə kolları və 10 kq-dan artıq narkotik vasitə aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle