“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızının məhkəməsi başlayıb
sizinxeber.az xəbər saytı

“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızının məhkəməsi başlayıb


“TikTok”da özünü şair kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Sizinxeber.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 14-nə təyin olunub.

Xatırladaq ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.

İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.

Oxşar xəbərlər

“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızının həbs müddəti uzadılıb
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı həbs olunub
"TikTok"da canlı yayımlarda özünü şair kimi təqdim edən İlhamə Elşadqızı saxlanılıb
Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
“TikTok”-da yarış təşkil edən Azər Zahid və Rövşən Təhməzovun həbs müddəti uzadılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər