"TikTok"da canlı yayımlarda özünü şair kimi təqdim edən İlhamə Elşadqızı saxlanılıb
sizinxeber.az xəbər saytı

"TikTok"da canlı yayımlarda özünü şair kimi təqdim edən İlhamə Elşadqızı saxlanılıb


“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Sizinxeber.az xəbər verir ki, bu tədbirlər çərçivəsində özünü şair kimi təqdim edən İlhamə Elşadqızı saxlanılıb.

Onun polisin keçirdiyi əməliyyat nəticəsində saxlandığı bildirilir.

Qeyd edək ki, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şair İlhamə Elşadqızı “azerzahid6669966” adlı istifadəçi tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.

Oxşar xəbərlər

Polis əxlaqsızlığı təbliğ edən TikTok-ləri saxlayıb
“TikTok”da əyləncə yarışları təşkil edən Azər Zahid və digərləri saxlanılıb
“TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var
“TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıb
İlhamə Elşadqızı da saxlanıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər