Daşkəsəndə Kəlbəcər rayon sakini meşədə itkin düşüb
Daşkəsəndə meşəyə bitki toplamağa gedən şəxs itkin düşüb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndinin yaxınlığına yerləşən meşəlik ərazidə qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü K.Abdullayev ötən gün axşam saatlarında meşəlik ərazidə bitki toplamağa gedən zaman itkin düşüb.
Məlumata görə, o sonuncu dəfə qızı ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək.
Qeyd edək ki, itkin düşən Kəlbəcər rayon sakini Kamil Abdullayev şəhid Şəhriyyar Abdullayevin atasıdır.
Oxşar xəbərlər
Tovuzda məktəbli qız itkin düşüb
Tovuzda itkin düşən 13 yaşlı qız Gəncədə tapılıb - YENİLƏNİB
İki ay əvvəl itkin düşən Qəbələ rayon sakini və övladı tapılıb
Kəlbəcərdə yük maşınının aşması nəticəsində sürücü ölüb
Xaçmazda 7-ci sinif şagirdi itkin düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
