Tovuzda itkin düşən 13 yaşlı qız Gəncədə tapılıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
apr
2025
09:50

Tovuzda itkin düşən 13 yaşlı qız Gəncədə tapılıb - YENİLƏNİB

04 apr, 2025
09:50
901

Tovuzda itkin düşən 13 yaşlı qız Gəncədə tapılıb - YENİLƏNİB

Tovuzda itkin düşən məktəbli qız tapılıb.

Bu barə Sizinxeber.az-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Süleymanovanın yeri Gəncə şəhərində müəyyən edilib və o Tovuz rayonuna gətirilib.

Hazırda ailəsinə təhvil verilməsi gözlənilir.

***

03.04.2025

09:35

Tovuzda yeniyetmə qız yoxa çıxıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, rayonun Bozalqanlı kənd sakini 2012-ci il təvəllüdlü A.Süleymanova ötən gün 18 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxaraq itkin düşüb.

Məlumata görə, A.Süleymanova Bozalqanlı kənd tam orta məktəbinin şagirdidir.

DİN Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Sizinxeber.az -nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.

Bizimlə əlaqə saxlayın