İranla dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, aprelin 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.
Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram tiryək; 535 qram marixuana) götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
İrandan Azərbaycana 68 kq-dan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 46 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
İrandan Azərbaycana 37 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
-
AFFA Qazax şəhərində 100-dən çox uşağın iştirakı ilə futbol festivalı təşkil edib
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
