İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
sizinxeber.az xəbər saytı

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO


Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aprel ayının 6-da Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ümumi çəkisi 14 kiloqram 240 qram narkotik vasitənin (14 kq 200 qram marixuana; 40 qram metamfetamin) İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

İrandan Azərbaycana 46 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
İrandan Azərbaycana 37 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
İrandan Azərbaycana 68 kq-dan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər