Azərbaycan beynəlxalq axtarışa verilmiş şəxsi Özbəkistana təhvil verib
sizinxeber.az xəbər saytı

Azərbaycan beynəlxalq axtarışa verilmiş şəxsi Özbəkistana təhvil verib


Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, 1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Xolmurzayev Arslan Bekpulat oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistanda xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş A.B.Xolmurzayev cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Oxşar xəbərlər

Azərbaycan axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Naxçıvanda saxlanılan Türkiyə vətəndaşı Özbəkistana təhvil verilib
Azərbaycan axtarışa verilən Özbəkistan vətəndaşlarını təhvil verib
Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını təhvil verib
Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda saxlanılaraq Qazaxıstana təhvil verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle