Azərbaycan axtarışda olan şəxsi Özbəkistana təhvil verib
1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Xolmurzayev Arslan Bekpulat oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə "Sizinxeber.az"a Baş Prokurorluqdan bildirilib.
Özbəkistanda xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş A.B.Xolmurzayev cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı Naxçıvanda tutularaq Özbəkistana təhvil verilib
Naxçıvanda saxlanılan Türkiyə vətəndaşı Özbəkistana təhvil verilib
Azərbaycan axtarışda olan Özbəkistan vətəndaşını ölkəsinə təhvil verib
Azərbaycan Özbəkistanın iki vətəndaşını qarşı tərəfə təhvil verib
Beynəlxalq axtarışda olan şəxslər Rusiya və Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













