Azərbaycan axtarışa verilən Özbəkistan vətəndaşlarını təhvil verib
Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Baş Prokurorluqdan Sizinxeber.az-ya verilən məlumata görə, Özbəkistan Respublikasının vətəndaşları 1979-cu il təvəllüdlü Boyturayev İlxom Xurramoviçin və 1986-cı il təvəllüdlü Abdullayev Farxodcon Axrorconoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilmələrinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş İ.X.Boyturayev 29.08.2024-cü il tarixində və F.A.Abdullayev 01.09.2024-cü il tarixində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil veriliblər.
Oxşar xəbərlər
Azərbaycan Özbəkistanın iki vətəndaşını qarşı tərəfə təhvil verib
Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını təhvil verib
Cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
Türkiyənin hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
