Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun məhkəməsi başlayıb
sizinxeber.az xəbər saytı

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun məhkəməsi başlayıb


Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova Bəhruz Səmədov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.

Məhkəmə müşavirədən sonra vəkilin vəsatətini təmin etməyib və cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar çıxarıb.

Məhkəmənin baxış iclası martın 7-nə təyin olunub.

O da bildirilib ki, iş üzrə növbəti proseslər qapalı keçiriləcək.

Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. DTX tərəfindən ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Oxşar xəbərlər

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Sabirabadda qadını öldürməkdə təqsirləndirilən yeniyetmənin məhkəməsi başlayıb
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
Əziz Orucovun məhkəməsi başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle