Əziz Orucovun məhkəməsi başlayıb
sizinxeber.az xəbər saytı

Əziz Orucovun məhkəməsi başlayıb


“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Səbail rayon məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Əziz Orucovun vəkili Fəxrəddin Mehdiyev vəsatət verərək onun barəsində cinayət işinə xitam verilməsini xahiş edib.

Onun digər vəkili Bəhruz Bayramov isə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası yanvarın 8-nə təyin edilib.

Xatırladaq ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Bir qədər əvvəl 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.

Oxşar xəbərlər

Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Orucova elan olunan ittihamlardan birinə xitam verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Orucovun məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Orucovun həbs müddəti uzadılıb  [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Orucov barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər