Sabirabadda qadını öldürməkdə təqsirləndirilən yeniyetmənin məhkəməsi başlayıb
Sabirabadda 49 yaşlı qadını öldürməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatət verib.
Məhkəmə vəsatəti təmin etməyib və prosesin baxışa verilməsi barəsində qərar qəbul edib.
Məhkəmənin baxış iclası yanvarın 23-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il avqust ayında baş verib. 2007-ci il təvəllüdlü Ramal Qurbanlı tanışı 1975-ci il təvəllüdlü Rəna İmanovanı aralarında baş verən mübahisə nətticəsində bıçaqlayaraq qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluqla əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Abzas Media" işi üzrə məhkəmə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Orucovun məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 75 yaşlı kişini qətlə yetirən şəxsin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












