Ermənistanın Azərbaycan əhalisinə qarşı törətdiyi terrorçuluq cinayətlərinin bir hissəsi açıqlanıb
sizinxeber.az xəbər saytı

Ermənistanın Azərbaycan əhalisinə qarşı törətdiyi terrorçuluq cinayətlərinin bir hissəsi açıqlanıb


Ermənistan dövlətinin Azərbaycan əhalisinə qarşı törətdiyi terrorçuluq cinayətlərinin bir hissəsi açıqlanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.

Onun sözlərinə görə, təcavüzkar müharibə gedişində Ermənistan dövlətinin bilavasitə nəzarəti altında, onun tapşırıq, göstəriş və təlimatlarında uyğun fəaliyyəti göstərən cinayətkar birlik tərəfindən Qazax rayonunun Bağanıs-Ayrım, Şuşa rayonunun Malıbəyli-Quşçular, Xocavənd rayonunun Qaradağlı, Ağdərə rayonunun Baş Güney (Baş Güneypəyə), Goranboy rayonunun Ballıqaya və Gülüstan, Kəlbəcər rayonunun Ağdaban, Comərd və Başlıbel kəndlərindən azərbaycanlıların qanuni şəkildə məskunlaşdıqları yerlərdən kütləvi şəkildə didərgin salınmasını təşkil etməklə həmin ərazilərin daha asan şəkildə Ermənistan tərəfindən işğal edilməsinə nail olmaq məqsədilə keçirilmiş genişmiqyaslı və sistematik hücumlar zamanı əhalini kütləvi şəkildə məhv etmək məqsədilə ümumilikdə 241 nəfər güllələnməklə, diri-diri yandırılmaqla, ağır dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülüb, 149 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri yetirilərək qəsdən öldürülmələrinə cəhd edilib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev isə qeyd edib ki, 1988-2023-cü illər ərzində 308 epizod üzrə törədilmiş terrorçuluq cinayətləri nəticəsində ən azı 210 hərbi qulluqçu və 239 mülki şəxs olmaqla, 449 nəfər şəxs qəsdən öldürülüb, 1013 hərbi qulluqçu və 716 mülki şəxs olmaqla, 1729 nəfərin qəsdən öldürülməsinə cəhd göstərilib. Ümumilikdə terrorçuluq cinayətləri nəticəsində 17 uşaq qəsdən öldürülüb, 53 uşağın müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd olunub.

Oxşar xəbərlər

Tuqay Rəhimli: Tərtərdə işğal nəticəsində ümumilikdə 1 127 əmlak üzrə 155 milyon AZN-dən çox ziyan vurulub
Dövlət ittihamçısı: Ağdamın böyük hissəsinin işğalı nəticəsində 100 mindən çox dinc sakin didərgin salınıb
Füzulinin işğalı nəticəsində 3,4 milyard manatdan artıq maddi ziyan vurulub
Cəbrayılın işğalı nəticəsində 2,1 milyard manatdan artıq maddi ziyan vurulub
Kəlbəcərin işğal olunması nəticəsində xüsusi və dövlət mülkiyyətinə 2,2 milyard AZN-dən çox ziyan dəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər