Dövlət ittihamçısı: Ağdamın böyük hissəsinin işğalı nəticəsində 100 mindən çox dinc sakin didərgin salınıb
sizinxeber.az xəbər saytı

Dövlət ittihamçısı: Ağdamın böyük hissəsinin işğalı nəticəsində 100 mindən çox dinc sakin didərgin salınıb


Ağdam rayonunun böyük hissəsinin işğalı nəticəsində 100 min 574 dinc sakin didərgin salınıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.

Qeyd olunub ki, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 31 min 736 əmlak üzrə 3,7 milyard manatdan artıq maddi ziyan vurulub.

Xatırladaq ki, fevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Oxşar xəbərlər

Füzulinin işğalı nəticəsində 3,4 milyard manatdan artıq maddi ziyan vurulub
Cəbrayılın işğalı nəticəsində 2,1 milyard manatdan artıq maddi ziyan vurulub
Nəsir Bayramov: Qubadlının işğalı nəticəsində 29 min 539 dinc sakin didərgin salınıb
Tuqay Rəhimli: Tərtərdə işğal nəticəsində ümumilikdə 1 127 əmlak üzrə 155 milyon AZN-dən çox ziyan vurulub
Laçının işğalı nəticəsində 2,7 milyard manatdan artıq maddi ziyan vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər