Bakıda tanışının üzünə "kislota" tökərək xəsarət yetirən qadına hökm oxunub
Bakıda tanışının üzünə "kislota" tökərək xəsarət yetirməkdə təqsirləndirilən Həcər Hüseynovanın cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Həcər Hüseynovan 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs olunub.
Həmçinin zərərçəkmişin mülki iddiası qismən tətbiq edilib, təqsirləndirilən şəxsin 3200 manat ziyan ödəməsi barədə qərar qəbul edilib.
Dövlət ittihamçısı Həcər Hüseynovanın 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında qeydə alınıb. İttihama görə, Həcər Hüseynova şəxsi münasibətlər zəmnində mübahisə etdiyi Azər Ağayevin bədəninə yandıran maddə kislota tökərək onun bədəninin 30-35 faizinin yanmasına səbəb olub. Bununla da onun sağlamlığına ağır xəsarət yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Dələduzluqda ittiham olunan Rail Abbasova hökm oxunub
Sahibkarın pullarını mənimsəyib "TikTok"da hədiyyələr göndərən şəxsə hökm oxunub
Qadınları şantaj edərək onlardan pul almaqda ittiham olunan şəxsə hökm oxunub
Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar etməkdə ittiham edilən şəxsə hökm oxunub
Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












