Ötən il 7 prokurorluq əməkdaşı işdən çıxarılıb, 19 nəfərə intizam tənbeh tədbiri tətbiq edilib
sizinxeber.az xəbər saytı

Ötən il 7 prokurorluq əməkdaşı işdən çıxarılıb, 19 nəfərə intizam tənbeh tədbiri tətbiq edilib


2024-cü ilə 19 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib. 382 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq edilib.

APA xəbər verir ki, bunu Baş Prokurorluqda geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.

Baş prokuror bildirib ki, 2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfərə töhmət, 4 nəfərə şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad olunmuş, 1 nəfər isə rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.

Həmçinin, bildirilib ki, 2024-cü ildə 52 prokurorluq işçisi işə qəbul edilib, 382 şəxs isə həvəsləndirilib.

Həmçinin, 2024-cü ildə dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə 55 şəxs işə qəbul edilib, 85 şəxs isə həvəsləndirilib.

Bundan başqa, hesabat dövründə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 14 nəfər prokurorluq işçisi müxtəlif medallarla təltif edilib (onlardan 3 nəfər “Tərəqqi” medalı ilə, 11 nəfər isə “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib).

Oxşar xəbərlər

Bu il 8 prokurorluq işçisi cəzalandırılıb
Son altı ayda 8 prokurorluq işçisi cəzalandırılıb
Ötən il Bakıda 1 prokurorluq əməkdaşı vəzifədən azad edilib, 15 nəfərə xəbərdarlıq olunub
Baş prokuror: 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb
Bir ildə prokurorluq tərəfindən inzibati xətalar üzrə 3561 icraat başlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər