Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər, şəkərli diabeti, nevroloji xəstəlikləri və digər xroniki sağlamlıq problemləri olan şəxslər günəş şüalarının təsirinə qarşı daha həssasdırlar.
Sizinxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
“Müxtəlif hallarda günvurma nəticəsində bədən hərarəti 40°C və daha yuxarı qalxa bilər. Dəri isti, quru və qızarmış olur, nəbz sürətlənir, tənəffüs tezləşir. Daha ağır hallarda diqqət pozğunluğu, davranış dəyişiklikləri, nitqdə çətinlik, huşun bulanması, qıcolmalar və hətta huşun itirilməsi müşahidə oluna bilər. Bu əlamətlər təcili tibbi yardım tələb edən ciddi vəziyyətin göstəricisidir”, – ekspert bildirib.
Zakir Quliyev qeyd edib ki, xüsusilə günəş şüalarının daha intensiv olduğu saat 11:00-dan 17:00-dək açıq havada uzun müddət qalmaq tövsiyə edilmir: “Zərurət olmadıqda çölə çıxmamaq, açıq havaya isə əsasən səhər saat 11:00-dək və axşam 17:00-dan sonra üstünlük vermək məsləhətdir”.
Ekspert vurğulayıb ki, isti havalarda kifayət qədər maye qəbulu günvurmadan qorunmağın əsas şərtlərindən biridir.
Oxşar xəbərlər
Səhiyyə Nazirliyi: Hazırda daha çox A qripi qeydə alınır
Səhiyyə Nazirliyi əhaliyə çağırış edib
Səhiyyə Nazirliyi qeydiyyatsız botoks və dolğularla bağlı əhaliyə müraciət edib
Səhiyyə Nazirliyi: Gələn il bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq
Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
