“Reuters”: Rusiya yanacaq qıtlığı səbəbindən Hindistandan benzin idxalına başlayıb
Rusiya Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində yaranan yanacaq qıtlığını aradan qaldırmaq üçün Hindistandan benzin idxalına başlayıb.
"Reuters"in xəbərinə görə, Hindistandan Rusiyaya artıq ümumilikdə 60 min ton benzin göndərilib.
Hazırda hər birinin yükü 30-40 min ton olan iki tanker Rusiyaya doğru hərəkət edir.
Agentliyin məlumatına əsasən, Moskva yaxın aylarda Hindistan, Belarus və digər ölkələrdən hər ay 400 min tona qədər benzin idxal etməyi planlaşdırır. Belarus iyun ayında Rusiyaya dəmir yolu ilə benzin tədarükünü artıq üç dəfə artırıb.
Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin ölkədə yanacaq çatışmazlığının yarandığını etiraf edərək, hökumətin vəziyyətin sabitləşdirilməsi istiqamətində tədbirlər gördüyünü bildirib.
Oxşar xəbərlər
Rusiyada yanacaq qıtlığı yaranıb
Rusiyada benzin qıtlığı kəskinləşir
Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib
İranda benzin qıtlığı başlayacaq - Bessent
Rusiyadan benzin ixracına qoyulan qadağa ilin sonuna qədər uzadılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
