Bir ildə prokurorluq tərəfindən inzibati xətalar üzrə 3561 icraat başlanıb
sizinxeber.az xəbər saytı

Bir ildə prokurorluq tərəfindən inzibati xətalar üzrə 3561 icraat başlanıb


2024-cü ildə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3561 icraat başlanıb.

Sizinxeber.az xəbər verir ki, bunu yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, 2024-cü ildə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3561 icraat başlanıb inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında digər qurumlar tərəfindən qəbul edilmiş 122 qərar ləğv edilib.

Bundan başqa, hesabat dövründə müvafiq təşkilatlar, fiziki və vəzifəli şəxslər tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, eləcə də onları qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror təsir tədbiri qismində 4097 təqdimat verilib, 626 xəbərdarlıq edilib.

Oxşar xəbərlər

Baş prokuror: Mətbuatın məlumatları əsasında 4 cinayət işi, 1 inzibati icraat başlanıb
Baş prokuror: 2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb
Ötən il prokurorluq orqanları tərəfindən 75,3 milyon manatdan artıq məbləğdə ziyan ödətdirilib
“Cinema Plaza” əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələnib
İnzibati xəta haqqında iş üzrə video çəkilişi mediaya təqdim edənlər 1500 manatadək cərimələnəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər