Bəxtiyar Hacıyevə 11 il həbs cəzası istənilib
Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək Bəxtiyar Hacıyevin 11 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər çıxış üçün vaxt istəyib.
Proses yanvarın 6-da davam etdiriləcək.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.
Ötən il ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Bəxtiyar Hacıyev yenidən məhkəməyə gətirilir
Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib
Bakıda kafedə bayram günü 2 nəfərin qətlinə görə tutulan şəxsə ömürlük cəza istənilib
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan şəxsə hökm oxunub
Dələduzluqda ittiham olunan təşkilat sədri və digərlərinə cəza istənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













