Masallıda evdə yanğın baş verib - VİDEO
sizinxeber.az xəbər saytı

Masallıda evdə yanğın baş verib - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Birinci Səmədxanlı kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 180 m² olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin iki otağı və mətbəxi 70 m² sahədə, mansardın yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Şəmkirdə fərdi yaşayış evində yanğın olub
Qazaxda evdə yanğın olub - VİDEO
Şərurda yaşayış evində yanğın olub - FOTO
Kürdəmirdə 7 ton ot bağlaması yanıb - VİDEO
Binədə evdə yanğın olub - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər