Kürdəmirdə 7 ton ot bağlaması yanıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Qarabucaq kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
Sizinxeber.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 115 kv.m. olan yardımçı tikilinin yanar konstruksiyaları 95kv.m. sahədə və damına yığılmış 10 ton ot bağlamasının 7 tonu yanıb.
Yardımçı tikilinin və ot bağlamalarının qalan hissəsi, həmçinin bitişik tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
Oxşar xəbərlər
Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexdə yanğın baş verib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Masallıda istirahət mərkəzindəki yanğının meşəyə keçməsinin qarşısı alınıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Binəqədidə inzibati binada yanğınla bağlı məlumat yayıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binəqədi rayonunda obyektdə yanğın baş verib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qaradağda yanğın olub - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












