Azərbaycana məxsus 3 gəminin saxlanılması ilə bağlı XİN-ə və Eritreyaya məlumat verilib
Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması ilə bağlı Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib.
Bu barədə "Sizinxeber.az-Economics"ə Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib.
Qeyd edib ki, 2024-cü ilin 7 noyabr tarixində"Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA -nə məlumat daxil olub:
"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib".
Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) məlumat yayaraq Afrika qitəsində saxlanılan gəmilərin ASCO-ya aid olmadığını bildirib.
Məlumat üçün deyək ki, saxlanılan 3 gəmi Azərbaycan bayrağı altında üzür.
Oxşar xəbərlər
Afrikada saxlanılan gəmilər Xəzər Dəniz Gəmiçiliyinə aid deyil
ABŞ səhvən öz qırıcısını vurub
Küveytdə İrana məxsus gəmi batıb, heyət üzvləri həlak olub
FHN gəmidə baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB-1
Azərbaycanda dənizlə daşınan yüklərin təxminən 48%-i neftin payına düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













