Xuliqanlıqda təqsirləndirilən idmançılar barəsində həbs qətimkan tədbiri seçilib
sizinxeber.az xəbər saytı

Xuliqanlıqda təqsirləndirilən idmançılar barəsində həbs qətimkan tədbiri seçilib


Bakının Xətai rayonunda xuliqanlıq etməkdə təqsirləndirilən idmançılar Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

"Report" xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və idmançılar barəsində 3 ay qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu il yanvarın 4-də saat 3 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər

Bakıda insident törədən idmançılar saxlanılıb, cinayət işi açılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar həbs olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnsident törədən idmançılar saxlanılıb, cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İctimai fəal Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həbs edilən tanınmış idmançıların apellyasiya şikayəti təmin edilməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər