sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Mingəçevir şəhərində qamışlıq ərazi yanıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
APA xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1500kv.m. sahədə qamışlıq ərazi yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Qobustan qəsəbəsindəki açıq ərazidə qamışlıq yanıb
Qobustan qəsəbəsindəki açıq ərazidə qamışlıq yanıb - VİDEO
Sumqayıtda avtomobil yanıb - VİDEO
Goranboy rayonunda yanğın baş verib - VİDEO
FHN: Sabunçuda ağaclıq sahədə baş verən yanğın söndürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













