AzAL-ın qəzaya uğramış təyyarəsinin “qara qutu”su tapılıb
“Təyyarə qəzasının səbəbləri ciddi şəkildə araşdırılır. İlkin versiya irəli sürmək və zərərçəkənlərin şəxsiyyətlərin müəyyənləşdirilməsindən danışmaq hələ tezdir”.
APA xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini, qəzanı araşdıran komissiyanın rəhbəri Kanat Bozumbayev bu gün keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, hadisənin səbəblərinin araşdırılması üzrə komissiya ərazidə araşdırmaları davam etdirir.
K. Bozumbayev, həmçinin, qəzanın səbəbləri ilə bağlı versiyaların irəli sürülməsinin erkən olduğunu qeyd edib: “Qəza nəticəsində ölənlər arasında bir uşaq var. Hələlik şəxsiyyətlərin müəyyənləşdirilməsi barədə danışmaq tezdir, çünki bu proses bir qədər vaxt aparacaq. Həmin şəxslərin ailə üzvlərinin və yaxınlarının narahatlığını bölüşürük. Onu da başa düşürük ki, həmin şəxslərin qohumları, yaxınları var. İndidən nəsə deyib onların hisslərinə toxunmağı doğru saymırıq".
Mətbuat konfransında çıxış edən Qazaxıstan Nəqliyyat Prokurorluğunun nümayəndəsi bildirib ki, artıq təyyarənin “qara qutu”su tapılıb.
Oxşar xəbərlər
Qazaxıstan Baş nazirinin müavini: AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN: Təyyarə qəzasının səbəbləri araşdırılır, təcili operativ tədbirlər görülür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 4 avtomobil qəzaya uğrayıb, yeniyetmə xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzası: Ölən və yaralananlar, Azərbaycan rəhbərliyinin çevik reaksiyası, Qazaxıstanın qardaş dəstəyi - REZUME [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












