Qazaxıstan Baş nazirinin müavini: AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb
Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Tengrinews.kz Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.
Hazırda Aktauda olan Baş nazirin müavini Kanat Bozumbayev sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb.
Baş nazirin müavininin sözlərinə görə, hazırda 38 nəfərin öldüyü məlumdur.
Baş nazirin müavini yanmış meyitlərin tanınmaz halda olduqlarını, onların morqa aparılacağını və şəxsiyyətlərinin müəyyənləşdiriləcəyini qeyd edib.
Bozumbayev onu da bildirib ki, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, yerdə qalanların isə vəziyyəti orta-ağır qiymətləndirilir.
Baş nazirin müavini onu da bildirib ki, sağ qalanlar arasında Qazaxıstan vətəndaşları yoxdur: “Orda hələlik bir qadın var ki, huşu özündə olmadığından onun şəxsiyyətini müəyyən etmək mümkün deyil. Sənədləri də yoxdur, o, xəstəxanadadır”.
Oxşar xəbərlər
Tokayevin tapşırığı ilə təyyarə qəzasına görə Dövlət Komissiyası yaradılıb, cinayət işi açılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Hökumət Komissiyası qəzanın baş verdiyi əraziyə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 12 nəfər sağ qalıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldova AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












