İnterpol xətti ilə axtarışa verilmiş İran vətəndaşı Omandan Azərbaycana ekstradisiya olunacaq
Oman Sultanlığı ilə ekstradisiya sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş İran İslam Respublikasının vətəndaşı Azadfar Mehdi Mohammadrezanın ekstradisiyası haqqında vəsatəti beynəlxalq hüququn qarşılıqlı yardım prinsipinə uyğun olaraq Oman Sultanlığının Maskat Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib.
Belə ki, fiqurantın külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq həbsli axtarışa verilib. Şəxs 2024-cü ilin may ayında Omanda müəyyən edilərək həbsə alınmışdır.
Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.
Oxşar xəbərlər
Azərbaycanın qanunsuz miqrasiya və digər cinayətlərə görə axtarışa verdiyi şəxs Almaniyadan ekstradisiya olunacaq
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
