Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.
Baş Prokurorluqdan APA-ya verilən xəbər verir ki, Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əmirov Rəşad Ərşad oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Belə ki, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Rəşad Əmirovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Rəşad Əmirov Gürcüstanın ərazisində saxlanılaraq 06.08.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan daha bir şəxsin Azərbaycana ekstradisiyası təmin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq axtarışa verilmiş daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib. [xfgiven_updateblue][/xfgiven_updateblue]
Axtarışda olan üç nəfər Azərbaycana gətirilib, bir nəfər Rusiyaya təhvil verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Axtarışa verilmiş şəxs ölkəmizə ekstradisiya olundu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











