Aqrar ixracdan əldə olunan daha 41,3 milyon dollar Azərbaycana qaytarılıb
sizinxeber.az xəbər saytı

Aqrar ixracdan əldə olunan daha 41,3 milyon dollar Azərbaycana qaytarılıb


Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan daha 41,3 milyon ABŞ dollar Azərbaycana qaytarılıb.

"Report"a Baş prokurorluqdan verilən məlumata görə, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Hazırkı vaxtadək Ağdaş, Kürdəmir, Astara, Ucar, Abşeron, Xaçmaz, Beyləqan, Xızı, Sabirabad, Goranboy, Ağstafa rayon və Mingəçevir şəhər prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 41,3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 70,2 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Bildirilib ki, prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin Azərbaycanda müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.

Oxşar xəbərlər

İxracdan əldə olunan 119 milyon manatdan artıq vəsait ölkəyə qaytarılıb
İxracdan əldə olunan 35,7 milyon manatdan artıq vəsait Azərbaycana qaytarılıb
İxracdan əldə olunan 41,3 milyon dolların ölkəyə qaytarılması təmin edilib
İxracdan əldə olunan 70 milyon dolların ölkəyə qaytarılması təmin edilib
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 21 milyon ABŞ dollarının ölkəyə qaytarılması təmin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər