İxracdan əldə olunan 35,7 milyon manatdan artıq vəsait Azərbaycana qaytarılıb
sizinxeber.az xəbər saytı

İxracdan əldə olunan 35,7 milyon manatdan artıq vəsait Azərbaycana qaytarılıb


Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 35,7 milyon manatdan artıq vəsait Azərbaycana qaytarılıb.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olan məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Hazırkı vaxtadək həyata keçirilən istintaq tədbirləri nəticəsində Sumqayıt və Gəncə şəhər, Abşeron, Quba, Xaçmaz, Sabirabad, İsmayıllı, Göyçay, Şəmkir, Qazax, Tərtər rayon prokurorluqları, habelə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda istintaqı aparılan cinayət işləri üzrə xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə olunan 21 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 35,7 milyon manatdan artıq) məbləğdə pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Oxşar xəbərlər

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 21 milyon ABŞ dollarının ölkəyə qaytarılması təmin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İxracdan əldə olunan 51 milyon dollar ölkəyə qaytarılmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İxracdan əldə olunan külli miqdarda vəsaiti dövlətə qaytarmayan sahibkarlar həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər həbs edilib, 147 milyon manat pul ölkəyə qaytarılmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər