İxracdan əldə olunan 70 milyon dolların ölkəyə qaytarılması təmin edilib
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Hazırkı vaxtadək Bakı şəhərinin Nərimanov və Suraxanı rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 70 milyon ABŞ dollardan artıq (müvafiq dövrün məzənnəsi ilə 119 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.
Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.
Oxşar xəbərlər
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 21 milyon ABŞ dollarının ölkəyə qaytarılması təmin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İxracdan əldə olunan 119 milyon manatdan artıq vəsait ölkəyə qaytarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İxracdan əldə olunan 35,7 milyon manatdan artıq vəsait Azərbaycana qaytarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İxracdan əldə olunan 51 milyon dollar ölkəyə qaytarılmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İxracdan əldə olunan 93 milyon dolları ölkəyə qaytarmayan şəxslər həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












