"Barselona" ikiqat "Qızıl top" mükafatının qalibi Aleksiya Putellas ilə yollarını ayırır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
22:30
ff aaaaaaa

"Barselona" ikiqat "Qızıl top" mükafatının qalibi Aleksiya Putellas ilə yollarını ayırır

26 may, 2026
22:30
975

"Barselona" ikiqat "Qızıl top" mükafatının qalibi Aleksiya Putellas ilə yollarını ayırır

İspaniyanın qadınlardan ibarət "Barselona" futbol komandası mövsümün cari mövsümün sonunda ikiqat "Qızıl top" qalibi Aleksiya Putellas ilə yolların ayıracaq.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı ispan futbolçu 14 il ərzində çıxış etdiyi və kapitanı olduğu katalon klubunu tərk edir.

2012-ci ildən "Barselona"nın əsas heyətində çıxış edən Putellas ümumilikdə 507 oyuna çıxıb. Bu göstərici klub tarixində ikinci ən yüksək nəticədir. O, həmçinin klub tarixinin ən məhsuldar futbolçusudur - 232 qol.

Bu müddət ərzində o, "Barselona" ilə birlikdə 38 trofey qazanıb.

Aleksiya Putellas 2021 və 2022-ci illərdə "France Football" jurnalının təqdim etdiyi "Qızıl top" mükafatına layiq görülüb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul