MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə hökm oxunub
sizinxeber.az xəbər saytı

MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə hökm oxunub


Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Sizinxeber.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rəşad Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Bundan başqa, onun üzərinə həbs qoyulmuş 2 milyon manata yaxın qiymətləndirilən əmlakı dövlətə dəymiş ziyanın bir qisminin əvəzi olaraq müsadirə edilib.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb, barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848.000 manatı dövlət büdcəsinə ödəyib.

Oxşar xəbərlər

MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi 698 min manat ödəyib, son söz üçün vaxt istəyib
Həbsdə olan MN-in vəzifəli şəxsi 700 min manata yaxın dəymiş ziyanla bağlı pul ödəyib
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmə davam etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle