MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi 698 min manat ödəyib, son söz üçün vaxt istəyib
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sizinxeber.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımov çıxış edib.
O, məhkəməyə Rəşad Məlikzadənin üzərindən həbs götürülmüş əmlakından satılıb dövlətə dəymiş ziyanın ödənilməsi üçün dövlət büdcəsinə 698 min manat ödənildiyini bildirən qəbz təqdim edib.
Daha sonra hakim Rəşad Məlikzadəyə çıxış üçün söz verib.
R.Məlikzadə uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyini və son söz demək üçün əməliyyatdan sonra hazır olacağını bildirib.
Məhkəmə 25 noyabr tarxinədək təxirə salınıb.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb, barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Oxşar xəbərlər
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmə davam etdirilib
16 milyon manatdan çox əsassız ödəniş edilib - MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə
Vətən müharibəsi çağırışçılarının əmək haqqını sabiq idarə rəisi “yeyib”? - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə
MN-dəki 143 milyonluq mənimsəmə işi üzrə məhkəmə davam etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
