Toy karvanında avtoxuliqanlıq edərək sosial şəbəkədə yayımlayan şəxslər məsuliyyətə cəlb olunub
Xaçmazda toy karvanında avtoxuliqanlıq edərək sosial şəbəkədə canlı yayımlayan şəxslər məsuliyyətə cəlb olunub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, Xaçmaz rayon sakinləri Rəvan Osmanlı və Fuad Mirzəyev Gəndob-Yalama yolunda toy karvanında hərəkət edərkən sosial şəbəkədə canlı yayım açaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozub digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq ediblər:
"Faktla bağlı aparılan araşdırmanın nəticələrinə əsasən müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ məhdudlaşdırılmaqla beş yüz manat məbləğində cərimə edilib.
Baş Dövlət Yol Polisi İdarəsi toy karvanına qoşulan sürücülərin digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını bir daha xatırladır və yeni ailə quran gənclərin sevincinə şərik olmaq adı altında sui-istifadə hallarına yol verən sürücülərə qarşı qanunvericiliyə uyğun daha kəsərli tədbirlərin görüləcəyini bildirir".
Oxşar xəbərlər
Toy karvanında avtoxuliqanlıq edərək "TikTok"da çanlı yayımlayanlar 500 manat cərimə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP toy mərasimləri zamanı avtoxuliqanlıq edən sürücülərə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












