Toy karvanında avtoxuliqanlıq edərək "TikTok"da çanlı yayımlayanlar 500 manat cərimə edilib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları toy karvanında avtoxuliqanlıq əməli törədərək sosial şəbəkədə yayımlayan sürücülər barədə qanuna müvafiq tədbirlər görüb.
APA xəbər verir ki, bu barədə BDYPİ-dən bildirilib.
Belə ki, Xaçmaz rayon sakinləri Rəvan Osmanlı və Fuad Mirzəyev Gəndob-Yalama yolunda toy karvanında hərəkət edərkən sosial şəbəkədə canlı yayım açaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozub digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq ediblər.
Faktla bağlı aparılan araşdırmanın nəticələrinə əsasən müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ məhdudlaşdırılmaqla beş yüz manat məbləğində cərimə edilib.
"Baş Dövlət Yol Polisi İdarəsi toy karvanına qoşulan sürücülərin digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını bir daha xatırladır və yeni ailə quran gənclərin sevincinə şərik olmaq adı altında sui-istifadə hallarına yol verən sürücülərə qarşı qanunvericiliyə uyğun daha kəsərli tədbirlərin görüləcəyini bildirir", məlumatda deyilir.
Oxşar xəbərlər
Toy karvanında avtoxuliqanlıq edərək sosial şəbəkədə yayımlayan şəxslər məsuliyyətə cəlb olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvarda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astarada “Maricel” restoranı 20 min manat cərimə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalıda əmək hüquqlarını pozan şirkət 20 min, vəzifəli şəxs 4 min manat cərimə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












