Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - YENİLƏNİB


Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məhkəmənin müvafiq qərarı ilə Elşən Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs olunub.

09:52

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə avtoxuliqanlıq edib Dövlət Yol Polisi əməkdaşlarının əmrinə tabe olmayan şəxsin görüntülərinin yayılmasına aydınlıq gətirib.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, avqustun 8-də saat 17:30 radələrində paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyatına təhlükə yaratdığına görə VAZ-2107 markalı avtomobilin sürücüsünə “Saxla” işarəsi verilib.

"Lakin avtomobilin sürücüsü buna məhəl qoymayıb və avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Həmin sürücü — 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib. E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Avtoxuliqanlıq edib polisin əmrinə tabe olmayan şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avtoxuliqanlıq edib tabesizlik göstərən edən şəxs saxlanılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avtoxuliqanlıq edib polisin əmrinə tabe olmayan şəxs saxlanılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polisin “saxla” əmrinə tabe olmadı - Həbs edildi - FOTO/VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacıqabulda avtoxuliqan inzibati qaydada həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər