DYP toy mərasimləri zamanı avtoxuliqanlıq edən sürücülərə xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) toy mərasimləri zamanı avtoxuliqanlıq edən sürücülərə xəbərdarlıq edib.
Bu barədə "Report"a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntularının doğurduğu acı faciələr, məhv olan gənc talelər haqda məlumat verilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə rast gəlinir:
"Ötən gün toy karvanına yetişmək üçün tələsən sürücünün “VAZ” markalı avtomobillə sərt döngədə idarəetməni itirərək yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər yaxın qohum eyni vaxtda həyatını itirib. Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər."
Qeyd olunub ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir.
Oxşar xəbərlər
DYP toy karvanları ilə bağlı xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDYPİ səfərdə olan sürücülərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDYPİ-dən müraciət: Uzaq məsafə qət edən sürücülər istirahət etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












