AMEA-dakı qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanıb
sizinxeber.az xəbər saytı

AMEA-dakı qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanıb


Hesablama Palatasından daxil olan material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətində aşkar edilən qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Oxşar xəbərlər

AMEA-da külli miqdarda mənimsəmə və digər pozuntularla bağlı cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri İlqar Mustafayev həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətəndaşları xaricdə işlə təmin edəcəklərini vəd edən vəzifəli şəxslərlə bağlı cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rüşvətalmada ittiham olunan vəzifəli şəxs hakim qarşısına çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər