AMEA-da külli miqdarda mənimsəmə və digər pozuntularla bağlı cinayət işi başlanıb
sizinxeber.az xəbər saytı

AMEA-da külli miqdarda mənimsəmə və digər pozuntularla bağlı cinayət işi başlanıb


Milli Elmlər Akademiyasında baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş material əsasında Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Sözügedən qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Oxşar xəbərlər

AMEA-dakı qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri İlqar Mustafayev həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı 56 cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağsuda vəzifəli şəxslər saxlanılıb, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər