DİN-in keçirdiyi əməliyyatlarda 28 kq narkotik aşkarlanıb
sizinxeber.az xəbər saytı

DİN-in keçirdiyi əməliyyatlarda 28 kq narkotik aşkarlanıb


Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Binəqədi, həmçinin İmişli rayonları ərazisində keçirilən növbəti əməliyyatlar zamanı 1997-ci il təvəllüdlü İzzət Əliyev və 1981-ci il təvəllüdlü Rəşad Ağayev saxlanılıblar. Onlardan ümumilikdə 28 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, metamfetamin və 400 ədəd narkotik tərkibli həb aşkarlanıb.
Saxlanılan şəxslər şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İzzət Əliyev və Rəşad Ağayevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

DİN keçirdiyi əməliyyatlarda 24 kq narkotik aşkarlanıb
Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb
Baş İdarə əməliyyat keçirib, 28 kq narkotik aşkarlanıb
DİN-in keçirdiyi əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb
Narkotik satışına görə 3 nəfər həbs olunub, 38 kq marixuana və tiryək götürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər